Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyatından bəhs edən filmdə rol alacaq adların bir neçəsi bəlli olub.
"Unikal" xəbər verir ki, ekran işində Atatürkü aktyor Yiğit Özşener canlandıracaq. Layihədə "Halide Edip Adıvar" obrazına isə aktrisa Birce Akalay həyat verəcək.
Film 2024-cü ildə izləyicilərə təqdim olunacaq.