“Galatasaray”, “Beşiktaş”, “Fənərbaxça” və “Adana Dəmirspor” futbol komandalarının Türkiyə Super Liqasında bu həftə nəzərdə tutulan qarşılaşmaları təxirə salınıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar bəul edib.
Federasiya Avropa kuboklarında çıxış edən komandaların ölkə çempionatında bu həftə keçirilməli olan oyunları təxirə salıb.
Qeyd edək ki, Konfrans Liqasında çıxış edən “Fənərbaxça”nın rəqibi Niderlandın “Tvente” və “Adana Dəmirspor”un rəqibi Belçikanın “Genk” komandalarının ölkə çempionatlarında bu həftə keçirilməli olan oyunları da təxirə salınıb.
Türkiyə Super Liqasında bu həftə “İstanbulspor”-“Galatasaray”, “Fənərbaxça”-“Başakşehir” və “Adana Dəmirspor”-“Beşiktaş” qarşılaşmaları keçirilməli idi.