Türkiyəli müğənni Teoman ötən gecə restoranların birindən çıxarkən görüntülənib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi "Yenidən evlənməyi düşünürsünüz" sualına belə cavab verib:

"70 yaşımdan sonra ola bilər. Mənim üçün yaş fərqi yoxdur".

Qeyd edək ki, Teoman 3 il evli qaldığı Ayşə Kaya ilə 2015-ci ildə boşanıb.