Masallı-Cəlilabad rayonlarının inzibati sərhəddində zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən "Unikal"a bildirilib ki, yeraltı təkanların maqnitudası 4.9, dərinliyi 13 km olub.
Zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bala yaxın hiss olunub.
***01:33
Cəlilabad rayonunda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən "Unikal"a verilən xəbərə görə, zəlzələnin maqnitudası 5 bala yaxındır.
Zəlzələ cənub rayonlarında hiss olunub.