Çinli hüquq müdafiəçisi Cənubi Koreyaya qaçarkən xizək ilə sərhədi qanunsuz keçib.

"Unikal" xəbər verir  ki,  bu  barədə BBC məlumat yayıb. 

Məqalədə deyilir: “Çinli hüquq müdafiəçisi olduğu güman edilən bir şəxs Cənubi Koreyada reaktiv xizək ilə qaçmağa cəhd edərkən saxlanılıb". 

Qeyd edilir ki, qaçqın Çin Xalq Respublikasının sədri Si Cinpini dəfələrlə tənqid edən Kvon Pyonqdur. 

"Adam durbin və kompasdan istifadə edərək Sarı dəniz boyunca təxminən 300 km məsafə qət etdi, lakin sonra ilişib qaldı", - BBC iddia edir. 

Cənubi Koreya Sahil Mühafizəsinin məlumatına görə, qaçqın özü ilə bir neçə kanistr yanacaq götürərək su gəmisinə yanacaq doldurub.