Kolorado ştatının sakini 84 yaşlı qadın 600-cü dəfə paraşütlə yerə atlayıb.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kim Noror 1959-cu ildə 20 yaşında paraşütlə tullanmaya başlayıb və 1962-ci ildə ABŞ-ın ilk qadın paraşüt komandasının üzvü olub. 

Onun sözlərinə görə, paraşütlə tullanmaya olan həvəsi sayəsində həyat yoldaşı ilə tanış olub.

Kim Noror əri ağır qəza keçirdikdən sonra hobbisini unudub. Qadın 2003-cü ildə ərinin ölümündən sonra yenidən hobbisinə qayıdıb.  

"Bir seçimim var: televizora baxmaq və ya kompüter qarşısında oturmaq, ya da çölə çıxıb tullanmaq və ölkəni gəzmək. Artıq 600-cü dəfədir ki,  paraşütlə tullanıram. Məqsədim bu rəqəmi 1000 etməkdir", - Kim Knor yerli mətbuata müsahibəsində deyib. 

Kim 2013-cü ildə Beynəlxalq Paraşütlə Tutma Muzeyinə və Şöhrət Zalına daxil edilib.

Seymur Əli