Gürcüstanda 22 NATO və tərəfdaş ölkədən 3,6 minə yaxın hərbçinin iştirak etdiyi “Agile Spirit 2023” beynəlxalq təlimi keçirilir.

"Unikal" xəbər verir ki, bu  barədə “Novosti-Georgia” məlumat yayıb. 

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, “Agile Spirit 2023” təlimləri Gürcüstan və digər ölkələrin hərbçiləri arasında qarşılıqlı fəaliyyətin artırılmasına, “çoxmillətli şəraitdə əməliyyatların planlaşdırılması və aparılmasında əməliyyat imkanlarının gücləndirilməsinə” yönəlib.Təlimlər sentyabrın 13-də başa çatacaq.

Təlimlərdə ABŞ və Gürcüstandan başqa Azərbaycan, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Kanada, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, İordaniya, Latviya, Litva, Moldova, Norveç, Polşa, Rumıniya, Slovakiya, İspaniya, Türkiyə və Böyük Britaniya və s. iştirak edir. 

Gülayə Mecid