Azərbaycan Respublikasının Prezidentiнин 21 avqust 2008-cи il tarixli Sərəncamı ilə hər il avqust ayının 23-ü xüsusi dövlət mühafizə xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Peşə bayramı münasibətilə Agentliyin əməkdaşları Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.
"Unikal" xəbər verir ki, daha sonra Şəhidlər xiyabanında Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğul və qızlarımızın unudulmaz xatirəsi yad edilərək məzarları üstünə güllər düzülüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Xüsusi dövlət mühafizə orqanlarının yaranmasının 30-cu ildönümü münasibətilə tədbir Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin akt zalında davam etdirilib.
Tədbirdə çıxış edən Agentliyin rəisi general-mayor İlqar Abbasov ilk öncə Agentliyin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdi. Qeyd etdi ki, xüsusi dövlət mühafizəsi orqanlarının yaradılmasından 30 il ötür. Keçən 30 illik dövr ərzində xüsusi dövlət mühafizəsi orqanları zəngin tarixi və döyüş yolu keçib.
Tədbirin sonunda Agentliyin xidmətdə fərqlənən və öz vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuları “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının yaradılmasının 30 illiy”i yubiley medalı, digər medal və mükafatlarla təltif edildilər.