Yevgeni Priqojin və Dmitri Utkin ölüb.

"Unikal" Baza teleqram kanalına istinadən xəbər verir ki, bunu Zaporojye vilayəti administrasiyasının nümayəndəsi Vladimir Roqov deyib.

Qeyd edək ki, Dmitri Utkin "Vaqner"in tanınmış komandirlərindən olub.

xxx

22:05

Xəbər verdiyimiz kimi, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin şəxsi təyyarəsi qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, Priqojinin sağ əli kimi tanınan "Vaqner"in komandiri Dmitri Utkin də ölənlər arasında olub. 

Qeyd edək ki, Tver vilayətində qəzaya uğrayan təyyarədə 10 nəfər olub. Rosaviasiya onların hamısının öldüyünü açıqlayıb. 

Ağarza Elçinoğlu