Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” komandasında ilk qolunu vurub.

"Unikal" xəbər verir ki, 21 yaşlı hücumçu ölkə kubokunda “Sandviken”ə qarşı keçirilən oyunda fərqlənib.

Səfər görüşünün 12-ci dəqiqəsində rəqib qapısına yol tapan gənc forvard komandasının ikinci qolunun müəllifi olub.

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan qarşılaşmada qonaqlar hesabda öndədirlər - 2:1.