Xilasedicilər Yevgeni Priqojinin biznes təyyarəsinin qalıqları altından 8 cəsədi çıxarıblar.

"Unikal" xəbər verir ki, bu barədə rus "112 Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, siyahıdan daha iki sərnişinin axtarışları davam etsə də, hələlik uğur əldə olunmayıb.

"Tapılan qalıqlar şəxsiyyəti müəyyən etmək üçün genetik ekspertizaya göndərilməlidir. Meyitlərin Moskvaya aparılacağı bildirilir" - kanal yazıb.

Gülayə Mecid