İran İslam Respublikası BRİKS-ə üzv olub. 

"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi yazıb. 

Prezident Aparatının siyasi müavini Məhəmməd Cəmşidi "X" hesabında İranın BRİKS-ə üzv olduğunu açıqlayıb: "İİR BRİKS-ə üzv oldu. Qlobal inkişaf etməkdə olan iqtisadiyyatlar qrupuna daimi üzvlük İslam Respublikasının xarici siyasəti üçün tarixi inkişaf və strateji uğur hesab olunur. Bu uğur münasibətilə İslam İnqilabının Ali Rəhbərini və qürurlu İran xalqını təbrik edirik".

***09:21

Cənubi Afrikada keçiriləcək BRİKS sammitinə daha beş ölkə qoşulacaq.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Məlumata görə, yeni qoşulacaq ölkələr bunlardır: Argentina, İran, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ. 

Bildirilir ki, qrupun yeni üzvləri seçilərkən G20-yə üzvlük, eləcə də namizəd ölkələrin qitələr üzrə bərabər coğrafi bölgüsü nəzərə alınıb. Balans üçün artıq adları çəkilən beş dövlətə bir Afrika ölkəsini də əlavə etmək olar.

Qeyd edək ki, bundan öncə təşkilatın genişlənməsi barədə qərar təsdiqlənmişdi. 

Ağarza Elçinoğlu