ABŞ prezidenti Co Bayden Ukraynanın Müstəqillik Günündə Rusiyaya qarşı yeni sanksiyalar elan edib.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev bəyanatı yayıb. 

"Bu gün biz məcburi köçkünlərə və deportasiyalara görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək və ukraynalı uşaqların ailələrinə qaytarılmasını tələb etmək üçün yeni sanksiyalar elan edirik", - Ağ Evin bəyanatında deyilir. 

Sanksiyaların təfərrüatları açıqlanmır.

Ağarza Elçinoğlu