Ukrayna prezidenti Volodimir Zelenski Rusiyada baş verən təyyarə qəzasına reaksiya verib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkə hesabında bildirib. 

O, qeyd edib ki, göyərtəsində "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin olan təyyarənin qəzaya uğramasının Ukrayna ilə heç bir əlaqəsi yoxdur: "Ukrayna dünya ölkələrinə təyyarələrlə bağlı müraciət edəndə biz bunu nəzərdə tutmamışdıq. Bizim fikrimizdə tamamilə fərqli bir şey var idi və biz dəstək istəyirdik, baxmayaraq ki, bu, sözün müəyyən mənasında kömək edəcək". 

Ağarza Elçinoğlu