Türkiyənin “Baykar Makina” hərbi şirkəti Ukraynanın Müstəqillik Günü münasibətilə Ukrayna Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinə “Bayraktar TV2” zərbə vuran pilotsuz uçuş aparatı (PUA) hədiyyə edib. 

“Unikal” xəbər verir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb. 

““Baykar Makina” Müstəqillik Günü münasibətilə Ukraynaya qeyri-adi hədiyyə etdi. Avqustun 24-də Ukrayna Müdafiə Nazirliyi tanınmış PUA istehsalçısından hədiyyə olaraq “Bayraktar TB22” zərbə PUA-sı alıb. Bu çətin zamanda Ukraynaya kömək etməyə davam edən dostlarımıza və tərəfdaşlarımıza səmimi təşəkkürümüzü bildiririk. Bayram üçün ən yaxşı hədiyyə düşməni məhv etməyə, azadlığımızı və müstəqilliyimizi qorumağa kömək edəcək yeni silahdır”, - məlumatda deyilir.

Nuranə Abbasova