Belçika XİN rəhbəri Azərbaycana təşəkkür edib.
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadca Labibi ilə brifinqi zamanı deyib.
O bildirib ki, hazırkı mürəkkəb geosiyasi dönəmdə tərəfdaşların bir-birinə kömək etməsi vacibdir: “Mən həmçinin Azərbaycana təşəkkür edirəm ki, Ukraynaya yardım edib və edir. Biz bilirik ki, Ukraynada bəzi məktəblər Azərbaycanın yardımı sayəsində bərpa olunub. Cənab nazir özü Ukraynaya yardımla bağlı konfransda şəxsən iştirak edib. Biz bu yardımı təqdir edir və təşəkkür edirik".