Dərs ilinin başlanmasına bir aydan da az vaxt qalıb. Artıq məktəb ləvazimatları mağazalarında alıcı sıxlığını müşahidə etmək olar. Bəs ötən ilə nisbətən qiymətlərdə fərq varmı?
"Unikal" Xezerxeber.az-a istinadən xəbər verir ki, mağaza nümayəndəsi deyir ki, qiymətlər hər məhsulun növünə, həcminə görə fərqlənir. Məsələn, ortopedik çantalar adi çantaya nisbətdə daha bahalıdır. Eləcə də, məhsulun müxtəlif dizaynlı, çoxfunksiyalı olması da qiymətə təsir edir. Valideynlər istəklərinə və büdcələrinə uyğun olanı seçə bilərlər.
Ötən illə müqayisədə qiymətlərdə ciddi artım müşahidə olunmur. Hər il ənənəvi olaraq təşkil olunan satış yarmarkalarının da yenidən qurulacağını nəzərə alsaq, tədris ilinə qədər qiymətlərdə artım gözlənilmir.