Argentinalı ulduz futbolçu Lionel Messinin oğlu Tiaqo Messi "İnter Mayami"nin akademiyasına qatılıb.

"Unikal" "Daily Mail"ə istinadən xəbər verir ki, 11 yaşlı Tiaqo klubun 12 yaşa qədər futbolçular üçün komandasında oynayacaq.

Qeyd edək ki, bu mövsüm L. Messi "İnter Mayami"nin heyətində bütün turnirlərdə 9 oyuna çıxıb, 11 qol vurub və 3 qolun ötürməsini verib.
Xatırladaq ki, argentinalı futbolçu bu yay ABŞ təmsilçisinə transfer olunub.