İspaniyalı futbolçu Cennifer Hermosonun razılığı olmadan dodaqlarından öpən və buna görə vəzifəsindən müvəqqəti uzaqlaşdırılan İspaniya Futbol Federasiyasının rəhbəri Luis Rubialesi daha bir cəza gözləyir.
“Unikal” xarici mediaya istinadən xəbər verir ki, FİFA Rubialesin 15 il müddətinə futbol sahəsində işləməsinə qadağa qoyulmasını tələb edib.
Qeyd edək ki, Luis Rubialesin anası futbolçu ilə bağlı qalmaqaldan sonra etiraz edərək aclıq aksiyası elan edib.
Nuranə Abbasova