Qubadlı rayonunda aparılan tikinti işlərində çalışan işçilər qəribə halla qarşılaşıblar.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Yazıdüzü deyilən ərazisində qeydə alınıb. Belə ki, ərazidə tikinti işləri aparan buldozerlərdən biri yeri qazarkən böyük ölçüdə ilanla qarşılaşıb. Məhv edilən ilanın 6 metr uzunluğunda olduğu bildirilir.

Seymur Əli