Sentyabrın 1-də səhər saatlarında Siyəzəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdə olan 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Ölənlər Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri 1986-cı il təvəllüdlü Samit Əmirov Bədəl oğlu və onun 3 yaşlı övladı Elnur Əmirlidir.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.