İsmayıllıda minik avtomobili tamamilə yanıb.

"Unikal" xəbər verir ki, yanğın hadisəsi İsmayıllı rayon Qoşakənd kəndində baş verib. Kənd sakini 1977-ci il təvəllüdlü Hüseynov Sərdar Həsən oğluna məxsus "VAZ-2107 " markalı minik avtomobilində yanğın baş verib.

Yanğın yerinə yanğınsöndürən texnikalar cəlb olunub. Yanğın qısa  zamanda məhdudlaşdırılıb. Yanğın zamanı minik avtomobilinin yanar konstruksiyaları tamamilə yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Seymur Əli