Gəncədə minik maşını hasara çırpılıb, xəsarət alanlar  var.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı minik maşınının sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı hasara çırpıb. Qəza zamanı xəsarət alanlar sürücü 1995-ci il təvəllüdlü  Şamxal Qurbanov və onun həmyaşıdı Elvin Sadiqlidir.

Qeyd edək ki, qəzaya düşənlər Gəncə Mərkəzi Klinik Xəstəxanın işçiləridir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov