Leysan yağışı Oğuz rayonunda fəsadlar törədib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, sentyabrın 2-i axşam saatlarında ölkənin şimal-qərb bölgəsini əhatə edən rayonlarda hava şəraiti dəyişib, fasilələrlə yağış yağıb.
Bəzi ərazilərdə qısa müddətli leysan yağışı yağıb. Leysan yağışı Oğuz rayonunun Xalxal kəndi yerləşən inzibati ərazisinin yaxınlığındakı dağlıq ərazidə daha çox müşahidə olunub. Dağlara yağan leysan yağışı səbəbindən Xalxal çayında və Xalxal kəndinin mərkəzindən keçən Qara çayda suyun səviyyəsi qalxıb, çaydan sel keçib. Qara çay məcrasından çıxması səbəbindən sel suları bir neçə kənd daxili yolları yararsız hala salıb. Bir-neçə elektrik dirəyi yıxılıb, məktəbə gedən yolun üstündəki körpünün bir hissəsini sel suları yuyub. Bir ailənin həyətyanı sahəsinə sel suları dolub. Hazırda müvafiq qrum nümayəndələri əraziyə ezam olunub, təmizlik işləri aparır və dəymiş ziyanın miqyası hesablanır.