Ələt-Astara avtomobil yolunda yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə yolun 105-ci km-də qeydə alınıb.
"Nissan" markalı minik avtomobili maneəyə çırpılması nəticəsində yaralılar var. Əraziyə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobilləri cəlb olunub. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.