Ağdam rayonunun Eyvazlı kəndində ümumi sahəsi 135 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 54 m² sahədə və dam örtüyünün taxta atmaları 100 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.