Kürdəmir rayonunda qeydə alınmış 5,2 maqnitudalı zəlzələ nəticəsində hələlik hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Bu barədə “Unikal”a nazirlikdən bildirilib.

“Zəlzələ nəticəsində hazırkı vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - qurum diqqətə çatdırıb.