Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin eyvanında 1 ədəd dolab yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a bildirilib ki, yüksək temperaturdan 1 ədəd qaz sayğacı və 1 ədəd kombi aparatı qismən qarsalanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.