Tanınmış stilist Anar Ağakişiyev yenə Xalq artisti Aygün Kazımovanın bostanına daş atıb.
“Unikal” xəbər verir ki, amerikalı reper Snup Doqqun Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməsi ilə bağlı xəbərə şərh yazan Anar vaxtilə onun Aygünlə işbirliyinə eyham vurub.
“Onu artıq onunla duet oxumaq üçün 1 milyon dollar verən Xalq artisti düşünsün. Biz xaricdə qazanıb Vətənə gətiririk, o isə boğazından kəsib belə biqeyrətlərə yedizdirir. Danışanda da məni bəyənmir. Bir sözlə, ağlı olmayan Xalq artisti düşünsün”, - deyə stilist yazıb.
Qeyd edək ki, Anarla Aygünün qalmaqalı stilistin müğənni haqqında “Qoca transa oxşayır” sözlərindən sonra başlayıb.
Xatırladaq ki, Aygün Kazımova 2013-cü ildə Snup Doqqla sinql çıxarıb.