Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, avtomobil yolu keçən 1973-cü il təvəllüdlü Orucov Səyyar Əliş oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.