Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən Sulfanol zavodunda bədbəxt hadisə baş verib.

"Unikal" xəbər verir ki, müəssisədə fəhlə işləyən 1996-cı il təvəllüdlü Elşən Quliyevi elektrik cərəyanı vurub. O, hadisə yerində vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.