Şəkidə avtomobil yanıb. 

"Unikal" xəbər verir ki, hadisə bu gün saat 16:30-da Şəki şəhəri, M. F. Axundov prospektində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Elvin Qədirlinin idarə etdiyi "Range Rover" markalı 99 HB 090 dövlət nömrə nişanlı minik avtomobilində yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyət cəlb edilib. Avtomobilin mühərrik hissəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli