Zambiya polisi keçmiş birinci xanım Ester Lunqunu oğurluq ittihamı ilə həbs edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, polis keçmiş birinci xanım Ester Lunquya qarşı rəsmi ittiham irəli sürüb və onu üç avtomobil oğurluğu maddəsi ilə həbs edib.

Lunqu ilə bərabər daha 4 nəfərin də saxlanıldığı, onlar da eyni ittihamla ittiham olunduğu bildirilir. 

Ester Lunqu, həmçinin, qanunsuz yolla əldə edilmiş gəlirlərlə əmlaka sahib olmaqda günahlandırılır. 

Nuranə Abbasova