Terror təşkilatı İŞİD-in Hələbdəki işgəncə mərkəzinin görüntüləri ilk dəfə yayımlanıb.

"Unikal" CNN-ə istinadən xəbər verir ki, təhlükəsizlik kamerası görüntülərində məhbusların gözləri bağlı vəziyyətdə dəyənəklərlə döyüldükləri, saatlarla işgəncələrə məruz qaldıqları görülüb. Digər tərəfdən İŞİD yaraqlıları məhbusların başına qara torbalar taxaraq onları uzun dəhlizlərdə gəzməyə məcbur ediblər.

Beynəlxalq Ədliyyə Komissiyasının direktoru Kris Engels belə mərkəzlərin mövcudluğundan əvvəllər də bəhs edildiyini, lakin ilk dəfədir ki, belə detallı görüntülərin ortaya çıxdığını bildirib.

Gülayə Mecid