Ədliyyə Nazirliyi Milli Cəbhə Partiyasının yenidən təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə MCP-nin sədri, deputat Razi Nurullayev məlumat paylaşıb.
O bildirilib ki, nazirlik siyahıları təsdiq edib və partiyanı dövlət qeydiyyatına alıb.
Bundan əvvəl R.Nurullayevin rəhbərlik etdiyi partiyanın Ədliyyə Nazirliyinə təqdim etdiyi üzvlük siyahılarında çatışmazlıqlar aşkar edilmişdi.