Ukrayna sərhədçiləri Xarkov vilayətinin Stroivka və Topoli kəndləri üzərində Ukrayna bayrağını qaldırıblar. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi açıqlayıb. 

İşğaldan azad edilən yaşayış məntəqələri Rusiya ilə sərhəddə "boz zona" adlanan ərazidə yerləşir.

"Hücum Qvardiyasının "Polad Sərhəd"inin döyüşçüləri Stroivka və Topola yaşayış məntəqələrində Ukrayna bayrağını qaldırıblar", - məlumatda deyilir.

Ağarza Elçinoğlu