Kremlin sözçüsü Dmitri Peskov rusiyalı pilot Maksim Kuzminovun Kurskdan Ukraynaya qaçırılan Mi-8 helikopteri ilə bağlı vəziyyəti şərh etməkdən imtina edib. 

"Unikal" xəbər verir  ki, o, bunun Rusiya  Müdafiə Nazirliyinin səlahiyyətində olduğunu bildirib. 

"Təfərrüatları bilmədən nəyisə şərh etmək düzgün olmazdı", - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi izah edib.  

Bundan əvvəl rusiyalı pilot Maksim Kuzminovun Kurskdan Mi-8 helikopterini qaçıraraq, göyərtəsində daha iki ekipaj üzvü olmaqla, onunla Ukraynaya keçdiyini bildirilib.

Helikopter avqustun 9-da Kursk aerodromundan Xarkov vilayətinə aparılıb. Rusiya Müdafiə Nazirliyi vəziyyəti şərh etməyib.

Gülayə Mecid