Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılacaq.
"Unikal" xəbər verir ki, bununla bağlı məsələyə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində baxılacaq.
Komitənin sabah keçiriləcək iclasında “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə olunacaq.