"Prezidentin fərmanı ilə "Azərsilah” Müdafiə Sənayesi Holdinqi yaradılıb. Holdinq silah istehsalının, ixracının, satışının təşkilini həyata keçirəcək".

"Unikal" xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz deyib. O bildirib ki, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “İqlim Elmi-İstehsalat Müəssisəsi” və “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi Holdinqin tabeliyinə verilib.

"Düşünürəm ki, çox əhəmiyyətli bir məsələdir. Yeri gəlmişkən, məlum olduğu kimi ölkədə silah istehsalı sahəsində hökumətin xüsusi qərarı ilə mütəxəssislər hazırlayan  yeganə ali məktəb AzTU-dur. Universitetin açıqladığı məlumatlardan görsənir ki, hələ də gec deyil, abituriyentlərin AzTU-da silah istehsalı sahəsində bir çox ixtisasları seçmək  imkanı var. Və bu ixtisaslar dövlət sifarişinə daxildir.

Düşünürəm ki, hökumətin bu istiqamətdə atdığı addımlar bu seçimi edənlər üçün gələcəkdə əmək bazarında da rəqabətə tab gətirməyə imkan verəcək".