Rusiyanın Rostov-na-Don ərazisində hərbi geyimdə olan bir şəxs humanitar yardımların toplanması məntəqəsini partlatmaqla hədələyib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın "Baza Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki,  sərxoş kişi “Döyüş Qardaşlığı veteranları”nın təşkil etdiyi xüsusi hərbi əməliyyatın döyüşçüləri üçün humanitar yardımın toplandığı yerə gəlib. O, stolun üstünə qumbara qoyaraq, insanları məntəqəni partlatmaqla hədələyib.  

Hadisə anbaan kameralara əks olunub.  

Gülayə Mecid