Şabranda mikroavtobus yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şabran rayonunun Ağbaş kəndində “Mercedes” markalı mikroavtobusun yanar hissələri, yaxınlıqda evin xarici divarına quraşdırılan 1 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.