Bakıda bir dam altında tikilən üç ev yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 750 m² olan, bir dam altında tikilən birrmərtəbəli evlərdən ümumi sahəsi 25 m² olan 1 otaqlı evin tavanı və dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 170 m² olan 6 otaqlı evin yanar konstruskiyaları 62 m² sahədə, ümumi sahəsi 45 m² olan 2 otaqlı evin bir otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Evlərin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;