İşdən çıxarılan aparıcı Zamirə Dadaşovanın “Space” televiziyasına qarşı şikayəti təmin edilib.
“Unikal” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb. Aparıcının sözlərinə görə, “Space” TV İnzibati xətalar məcəlləsinin 192.6 cı maddəsiylə cərimələnib.
Haqq-ədalət hər zaman öz yerini tapır. Ədalətsizlik edənlərə Allah da gec tec cavab verir. Bu, hələ “Space” rəhbərliyinin mənə qarşı etdiyi ədalətsizlikdə ilk qələbəmdir. Davamı olacaq. Mən haqsız olduğum hec bir məsələdə mübarizə aparmaram!”, - deyə aparıcı qeyd edib.
Xatırladaq ki, Z.Dadaşova “Space”in rəhbəri Vado Karovin tərəfindən haqsız yerə işdən uzaqlaşdırıldığını və əmək kitabçasının ona verilmədiyini bildirərək aidiyyəti qurumlara müraciət etmişdi. O, kanal rəhbərliyini öz qohumlarını ətrafına yığmaqda ittiham etmişdi.