Gəncədə baş verən qəzada 17 yaşlı oğlan ölüb.

"Unikal" xəbər verir ki, hərəkətdə olan "VAZ 2107" markalı minik maşını ilə motosiklet toqquşub. Qəzada motosikletin sürücüsü 17 yaşlı Nicat Sadıqov xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.