"Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

"Unikal" xəbər verir ki, Super Liqa təmsilçisini çalışdırmağa əsas namizəd Selçuk İnandır. 

"Sarı-qırmızılar" 38 yaşlı mütəxəssislə danışıqlara start verib.

"Kayserispor" bir neçə gün öncə Çağdaş Atanla yollarını ayırıb. Selçuk inan isə son olaraq "Kasımpaşa"nın baş məşqçisi olub.