"Real Madrid"in məşqçisi Karlo Ançelottinin nəvəsi Arda Gülərin forması ilə görüntülənib. Foto qısa müddət ərzində bütün dünyada böyük əks-səda yaradıb. 

"Unikal" xəbər verir ki dünyanın bir çox yerindən minlərlə futbol azarkeşi sosial şəbəkələrdə yayılan fotoya münasibət bildirib. Azarkeşlər Arda Gülərin meydana qayıtmasını səbirsizliklə gözlədiklərini və onun əfsanəyə çevriləcəyinə inandıqlarını bildiriblər.

Arda Gülər ​​"Fənərbaxça"dan "Real Madrid"ə transfer olunduqdan sonra məşqdəki performansı ilə tez bir zamanda məşhurlaşıb.  Daha sonra zədə alan gənc ulduz əməliyyat olunub. Ardanın qısa zamanda meydana dönəcəyi gözlənilir.