Rusiyanın Belqorod vilayətində təyyarə tipli PUA zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sentyabrın 11-də Moskva vaxtı ilə saat 13:00 radələrində Kiyev rejiminin Rusiya ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri PUA-nı məhv edib”, - məlumatda qeyd edilib.