İranda kosmetoloji klinikalara müraciət edən kişilərin sayı artmaqdadır.

"Unikal" xəbər verir ki, “Eghtesad News”un araşdırmasına görə, İranda kosmetoloji klinikalara müraciət edən hər 5 nəfərdən ikisi kişidir. 

Son illər İranda plastik əməliyyatlarin sayı nəinki azalıb, hətta əvvələr daha çox qadınlar tərəfindən tələbat olan sahəyə indi kişilər üz tutub. 

Statistik göstəricilərə əsasən, kişilərin estetik əməliyyatlara, xüsusilə də burun əməliyyatlarına meyli son illər 10 dəfə artıb. 

İranda plastik cərrahiyə üzrə mütəxəssis, İran Plastik və Kosmetik Cərrahlar Assosiyasının katibi Əlirza Saberinin sözlərinə görə, estetik prosedurların təxminən 20%-ni kişilər etdirir.