Sosial şəbəkələrdə Bakının Biləcəri qəsəbəsində azyaşlılara narkotik verilməsi ilə bağlı paylaşılan görüntülər araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov "Unikal"a bildirib ki, görüntülərdə əks olunan şəxsin azyaşlıya narkotik maddə təklif etməsi iddiası əsassızdır.
“Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır. Aşkar olunan faktlarla bağlı ictimaiyyətin məlumatlandırılması təmin edilir”, - deyə DİN rəsmisi bildirib.