İkinci mövsümü yayımlanmağa hazırlaşan "Yalı çapkını" serialına daha bir yeni aktrisa daxil olacaq.
"Unikal" xəbər verir ki, ekran işində Cemre Gümeli rol alacaq. Onun hansı obrazı canlandıracağı hələ açıqlanmayıb.
Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır. Cemre sonuncu dəfə "Barbaroslar Akdenizin kılıcı" serialı ilə izləyicilərin qarşına çıxmışdı.